CƏMİYYƏT

Azərbaycanlı rəqqasə: «Onların nəslində Fədayə Laçın kimi qız yoxdu” — FOTO

Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb, idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.

Budəfəki “idmançı” qonağımız azərbaycanlı rəqqasə Aytən oldu.

 

— Demək olar ki, mənim həyatımın bir hissəsi elə idmandır. Daima rəqslə məşğul olduğuma görə, digər idman növləri ilə məşğul olmağa ehtiyac olmurdu. Amma son zamanlar idman zalına da üz tuturam. Elə bu gün də məşqimizə başlamadan öncə qızlarla oriental oynayacağıq. Ümumilikdə götürsək, 10 ildir, idmanla məşğulam. Arada fasilələr də olur. Amma bu fasilələr uzun çəkmir.

 

— Bir çox məşhurlar kimi, siz də idmana arıqlamaq üçün gəlirsiniz, yoxsa…?

— Yox, mənim heç vaxt kök halım olmayıb. Mənim əsl çəkim 60-dır. Amma indi 57 kiloyam. Qarşıda rəqslə bağlı yeni layihələrim var, ona görə də 53 kiloya qədər arıqlayacam.

 

— İdmana başlayandan nələrdən imtina etmisiniz?

— Yeməklərimə diqqət edirəm. Amma bəzən özümə güc gələ bilmirəm, gecələr elə yeyirəm ki…

 

— Bəzi tanınmışlar arıqlamaq üçün plastik əməliyyatlara üz tutur. Bəs siz bu əməliyyatlara necə baxırsınız?

— Pis baxmıram. Amma etiraf edim ki, pis baxdığım zamanlar da olub. Hər şey normasında olsa, yaxşıdır. Mənim üzümdə silikon deyilən bir şey yoxdur. Bədənimdə 1 dənə də olsun estetik əməliyyat yoxdur. Piy çıxartmaq-zad mənlik deyil. Bircə burnumu əməliyyat elətdirmişəm. Yaxın zamanlarda 2-ci dəfə burnumu əməliyyat etdirəcəm.

 

— İdmanın hansı növünə marağınız var?

— Bütün növlərinə marağım var. Heç birini bir-birindən ayırmaq istəmirəm. Hər bir idman növü gözəldir.

 

— Bir az da şəxsi həyatınızdan sual vermək istəyirəm. Sonuncu dəfə açıqlama verdiniz ki, rəqqasəliyimə görə ailənizi dağıtdınız.

— Bilirsiniz, sonuncu müsahibəmdə bir çox maraqlı məqamlara toxunmuşdum. Amma bircə ailəmlə bağlı danışdığım hissəni yazdılar. Özü də həmin yazılara 10 il bundan əvvəlki şəkillərimi qoyurlar. Niyə? İndi o qədər gözəl şəkillərim  var ki… Əlbəttə yoldaşımı sevsəydim, ailəm mənə daha da üstün olardı.

 

— Hazırda həyatınızda bir bəy var?

— Bəli, 6-7 ildir ki, mənim həyatımdadır.

 

— Rəsmi olaraq evlisiniz?

— Yox, amma rəsmi evliliyi düşünürük. Çünki o, evli yox, subay oğlandır. Ümumiyyətlə, mənim evli insanlarla işim yoxdur.

 

— O zaman Aytən özünə 2-ci dəfə toy edəcək?

— Yox, toy olmayacaq. Demək olar ki, evli sayılırıq. 6-7 ildir, bir evdə yaşayırıq. Ailə qurmaq nəyə deyirsiniz? Bir parça kağıza? O kağız nəyimə lazımdır ki?

 

— Bəs övlad istəyirsiniz?

— Onu hələ indi yox, rəqsi atandan sonra düşünürəm. Uşağım olandan sonra rəqslə birdəfəlik sağollaşacam.

 

— Yəqin, mətbuatda Fədayə Laçının həbsi ilə bağlı yazıları oxumusunuz? Bir çoxları onu qınasa da, müdafiə edənlər də var.

— Tənqid edənlər özlərini ağıllı sayırlar. Onun haqqında pis şərhlər yazanların bəziləri heç bilmir ki, nəsli kimdir. Heç onların nəslində Fədayə Laçın kimi qız yoxdu. Sevgisinə görə bu addımı atıb. Mən olsaydım, etməzdim. Amma Fədayə hünər göstərdi. Mən onun yerində olsaydım, ailəmi düşünərdim. Görün, onun sevgisi nə qədər olub ki, bu addımı atıb?! Fədayənin gözəl sənəti var. Fədayədə olan ürək məndə yoxdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş:
Загрузка...