CƏMİYYƏT

Azərbaycanlılar kütləvi şəkildə geri göndəriləcək: XƏBƏRDARLIQ EDİLİB

Almaniyanın müxtəlif şəhərlərində qaçqın statusu almaq üçün bu ölkəyə  gedən azərbaycanlılar kütləvi şəkildə yerli miqrasiya idarələrinə çağırılır. Onlara  könüllü olaraq “stop” verdirmək və Almaniyanı tərk etmək təklif edilir.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Facebook-da yaradılan Avropada Qaçqınlıq Həyatı adlı səhifə paylaşıb.

Məlumata görə, könüllü qayıtmaq istəməyənlər barədə məhkəmə qərarı neqativ olduğu halda dərhal deportasiya olunacaqlarına dair xəbərdarlıq edilib. “Bundan sonra özünüzü kəsib doğrasanız da, xeyri olmayacaq”,- deyə səhifə adminləri xəbərdarlıq edib.

Cebhe.info xatırladır ki, yanvar ayının 28-də Almaniyada sığınacaq verilməsindən imtina edən Kəmalə İmaməliyeva adlı qadın intihara cəhd edib. Belə ki, onun sığınacaq istəyinə mənfi cavab verib və Azərbaycana qaytarılması barədə qərar çıxarılıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Kəmalə İmaməliyevanın deportasiya qərarından ağır stress keçirdiyi bildirilir.

Məlumatlara görə, Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır.

Paylaş:
Загрузка...