CƏMİYYƏT

Azərbaycanlıların düşdüyü qəzanın səbəbi bəlli oldu

Rusiyanın Kalmıkiya Respublikasında aşan mikroavtobusun sürücüsü tibbi müayinədən keçirilib, onun qanında alkoqol müəyyən edilməyib.

APA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Kalmıkiya DİN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. DİN rəsmisi həmçinin bildirib ki, hazırda bir qadın həkimlərin nəzarətindədir. Digər sərnişinlərin yüngül xəsarət aldıqları, hospitalizasiyadan imtina etdikləri bildirilir.

Xatırladaq ki, bu gün Rusiyada içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus qəzaya uğrayıb. Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb. Qəza zamanı mikroavtobusda 9 uşaq olmaqla 17 nəfər olub.

Paylaş:
Загрузка...