CƏMİYYƏT

Azərsu Məscidi qaraja çevirdi – FOTOLAR

Azərsu ASC Suraxanı rayonu ərazisində məscidi maşınlar üçün qaraja çevirib.

Bizimyol.info xəbər verir ki, Azərsu Açıq Səhmdar Cəmiyyəti Qaraçuxur -Yeni Suraxanı qəsəblərinə yeni iri tutumlu su xəttinin çəkilişi üçün tikinti və yenidənqurma işlərinə başlayıb.Ağır texnikaların cəlb olunduğu tikintidə qəsəbə sakinlərinin narazılığına səbəb olan hadisə baş verib.Yerli camahatın saytımıza verdiyi məlumata görə Azərsu ASC ərazidə işləyən ağır texnikaların saxlanması üçün həmin yerdə olan Məscidin həyətindən istifadə edir.Məsələyə müdaxilə edən sakinlər texnikaların Allahın evində saxlanmasını düzgün hesab etmir.Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən də tədbir görülmür.Sakinlər Məscidin ibadət etmək üçün yer olduğunu, belə addımın günah olduğunu bildiriblər.Suraxanı Neft-Qaz çıxarma idarəsinin yaxınlığında yerləşən məscid bir neçə il bundan əvvəl tikilməyə başlasa da, sonradan inşası başa çatdırılmayıb.

Qeyd edək ki, Qaraçuxur – Yeni Suraxanı qəsəblərinə yeni iri tutumlu su xəttinin çəkilişi üçün tikinti bir neçə ay əvvəl başlayıb.Tikinti işləri “Archico” şirkəti tərəfindən icra olunur.Bildirək ki, bir müddət bundan əvvəl də Yasamal rayonu ərazisində Məscid söküntüsü ilə bağlı problem yaşanmış, nəticədə yaşanan narazılıqlar nəticəsində Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehtiyevi cəzalandıraraq tutduğu vəzifəsindən azad etmişdi.

Paylaş:
Загрузка...