CƏMİYYƏT

Bakı metrosunda insident – Maşinisti təhqir etdi, üzünə tüpürdü

Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş verib. Belə ki, metronun “28 May” stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən, vaqonun qapıları arasında qalıb. Maşinist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq, onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun “Nizami” stansiyasında düşərək maşinisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşinistin üzünə də tüpürüb.

Media24.az xəbər verir ki, maşinist bütün bunların qarşılığında qadına “Çox sağ ol. Hörmətin artıq olsun” deyərək yoluna davam edib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a hadisəni təsdiqləyib.

Şöbə rəisi bildirib ki, sərnişinin vaqondan gec düşməsi insidentə səbəb olub.

“Maşinist qapıların bağlanması haqqında elan verib və sonra qapılar bağlanıb. Amma həmin sərnişin vaqonu gec tərk etdiyindən, qolu qapının arasında qalıb. Maşinist dərhal qapıları yenidən açıb”.

Paylaş:
Загрузка...