CƏMİYYƏT

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlu yol qəzasında ölüb

Bakıda ağır yol qəzası baş verib.

SalamNews-un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.

Belə ki, yolda hərəkətdə olan «Subaru» və «Mercedes» markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:
Загрузка...