CƏMİYYƏT

Bakı sakinləri vəd verdi: «Qarabağ» qalib gəlsə… — VİDEOSORĞU

Bu gün «Qarabağ» Çempionlar Liqası çərçivəsində Danimarkanın «Kopenhagen» klubunun qonağı olacaq. «Play-off» mərhələsinin ilk oyununda rəqibi 1:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu bu görüşdə də sərfəli nəticə qazansa, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. 

Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq. Çünki indiyədək heç bir klubumuzun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyib. Azərbaycan təmsilçiləri yalnız Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb («Qarabağ», «Qəbələ», «Neftçi»).

Artıq iki gündür sosial şəbəkələrdə «Qarabağ»ın qələbəsi ilə bağlı müxtəlif vədlər verilir. Kampaniyanın maraqla qarşılanmasını nəzərə alaraq paytaxt sakinlərinə müraciət etdik. Və onlardan «Qarabağ»ın qələbəsi ilə bağlı vədlərini soruşduq.

Videosorğunu sizlərə təqdim edirik: //qaynarinfo.az

Paylaş:
Загрузка...