CƏMİYYƏT

Bakı və İrəvana tələblə səslənirəm — Oljas Süleymenov

Görkəmli qazax yazıçısı və ictimai xadimi Oljas Süleymenov Belçikanın Lyej şəhərində YUNESKO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan və Ermənistan ziyalılarını Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün görüşməyə çağırıb.

Virtualaz.org-un xəbərinə görə, yazıçı MDB məkanındakı münaqişələrin nizamlanması üçün Qazaxıstanda konfrans keçirilməsini də təklif edib.

“Mən bu tribundan Bakıdakı və Yerevandakı, habelə Kiyevdəki və Moskvadakı həmkarlarıma bu xahiş və tələblə səslənirəm-görüşmək lazımdır”, — Oljas Süleymenov bildirib.

Oljas Süleymenov çıxışında deyib ki, 20-ci əsr bir neçə şüarlar altına keçdi. Onlardan başlıcası müstəqillik idi. “SSRİ-nin dağılmasından sonra bir neçə yeni müstəqil dövlətlər yarandı. Onlardan bəziləri artıq vətəndaş müharibələrini, klanların mübarizəsini, qonşuları ilə toqquşmaları sınaqdan keçiriblər. Gözlənilməz müstəqillik nəinki əbədi qonşular olan Ermənistan və Azərbaycanı, eləcə də Ukrayna və Rusiyanın qardaş, yaxın qohum xalqlarını bir-birinə düşmən etdi”, — yazıçı deyib.

Oljas Süleymenov qeyd edib ki, indi ümumdünya fəlakəti bir addımlıqdadır və istənilən lokal münaqişə dünya müharibəsi mexanizmini hərəkətə keçirən tətik rolunu oynaya bilər. Və bu müharibə homo sapiens növünün nəslinin kəsilməsinə gətirib çıxarar. Yazıçı MDB məkanındakı münaqişələrin nizamlanmasının yolunun danışıqlardan, müzakirələrdən keçdiyini deyib, Qazaxıstanın bu məqsədlə konfrans təşkil etməyə hazır olduğunu bildirib.

Paylaş:
Загрузка...