CƏMİYYƏT

Bakının bu küçələrində işıqforlar söndürüləcək — SİYAHI

Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtımızda keçiriləcək «Formula-1» Azərbaycan Qran-prisi ilə əlaqədar 19-26 iyunun tarixlərində aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə «sarı döyünən işıq» və «svetoforun söndürülməsi» siqnal əmri tətbiq edilib.

BNA-dan İstiPress-ə verilən məlumata görə, «svetoforun söndürülməsi» siqnal əmri tətbiq edilən yol kəsişmələri bunlardır:

— Azərbaycan prospekti — Əziz Əliyev küçəsi;

— Əziz Əliyev küçəsi — Neftçilər prospekti;

— Bülbül prospekti — Neftçilər prospekti;

— Üzeyir Hacıbəyov küçəsi — Rixard Zorge küçəsi;

— Üzeyir Hacıbəyov küçəsi — Aleksandr Puşkin küçəsi;

— Üzeyir Hacıbəyov küçəsi — Azadlıq prospekti;

— Rəşid Behbudov küçəsi — Üzeyir Hacıbəyov küçəsi;

— Bülbül prospekti — Üzeyir Hacıbəyov küçəsi;

— Rəşid Behbudov küçəsi — Zərifə Əliyeva prospekti;

— Bülbül prospekti — Zərifə Əliyeva küçəsi;

— Səməd Vurğun küçəsi — Zərifə Əliyeva prospekti;

— Bülbül prospekti — Əfsələddin Xəqani küçəsi;

— Rəşid Behbudov küçəsi — Əfsələddin Xəqani küçəsi;

— Azadlıq prospekti — Əfsələddin Xəqani küçəsi;

— Aleksandr Puşkin küçəsi — Əfsələddin Xəqani küçəsi;

— Aleksandr Puşkin küçəsi — Nizami Gəncəvi küçəsi.

«Sarı döyünən işıq» siqnal əmri tətbiq edilən yol kəsişmələri isə bunlardır:

— Üzeyir Hacıbəyov küçəsi — Keykab Səfərəliyeva küçəsi;

— Azadlıq prospekti — Nizami Gəncəvi küçəsi;

— Bülbül prospekti — 28 May küçəsi;

— 28 May küçəsi — Aleksandr Puşkin küçəsi;

— Bülbül prospekti — Şəmsi Bədəlbəyli küçəsi;

— 28 May küçəsi — Keykab Səfərəliyeva küçəsi;

— 28 May küçəsi — Rixard Zorge küçəsi;

— Səməd Vurğun küçəsi — Üzeyir Hacıbəyov küçəsi;

— Bünyad Sərdarov küçəsi — Səid Rüstəmov küçəsi.

Paylaş:
Загрузка...