CƏMİYYƏT

Bakıda cərimə meydançasında yanğın – 3 maşın alışdı

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

Panorama.Az-ın APA-ya istinadən məlumatına görə, meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

N.O.

Paylaş:
Загрузка...