CƏMİYYƏT

Bakıda “cüt” nömrələrin fantastik QİYMƏTLƏRİ

Sürücülər arasında maşın nömrələrinin “zerkalni” olması dəbdədir. Əsasən də gənclər bu tip “cüt” nömrələrə üstünlük verirlər.

Axar.az-a yazır ki, turbo.az saytına yerləşdirilmiş elanlarda maşın nömrələrinə qoyulan qiymətlərin həddindən artıq baha olması diqqət çəkir. Məsələn, 90 UP 005 nömrəsi 2 min 805 manata satılır. Əgər siz 10 AS 710 nömrəsini əldə etmək istəsəniz, 3 min 500 manat ödəməlisiniz.

Digər qiymətlər isə belədir:

10 OU 800 – 6 min 700 AZN
20 DA 202 – 2 min AZN
10 AU 888 – 5 min 500 AZN
90 FD 090 – 5 min AZN
90 FF 005 – 12 min AZN

10 OO 015 – 35 min manat.

Paylaş:
Загрузка...