CƏMİYYƏT Xüsusi

Bakıda qoca qadını aldadıb evini satdılar

Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsində yaşayan Qurbanova Bahar Kərim qızı dələduzluqla üzləşib.
Qadının Panorama.az-a verdiyi məlumata görə, qızının əri onu aldadaraq evini satıb.

«3 qızım var. Üçü də ailəlidir. Qızım əri öz oğluna sənəd düzəltmək adı ilə məni aldadıb sənədə qol çəkdirib və evimi satıb.
Mən evdən həyətə düşürdüm. Gördüm içəri adamlar girdi. Dedilər evi alan şəxslərdir. Onda bildim ki, məni aldadıb, evimi satıb. Məhkəməyə də müraciət etmişəm».
Hal-hazırda Binəqədi rayonunda sığınacaqda məskunlaşan qadın tezliklə haqq-ədalətin bərpa olunmasını, evinin geri qaytarılmasını istəyir.

Panorama.az

Paylaş:
Загрузка...