CƏMİYYƏT Xüsusi

Bakıda restoranda dava düşdü — Müğənni bıçaqlandı

Şadlıq evində müğənni bıçaqlanıb.

XezerXeber.az xəbər verir ki, Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub.

25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu »Murad» şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır.

Paylaş:
Загрузка...