CƏMİYYƏT

Bakıda satılan 8 manatlıq bananla bağlı AÇIQLAMA

3 dekabr 2017-ci il tarixində KİV-də Fresco Supermarketlərində 8 AZN-ə Lənkəran istehsalı olan mini bananların satıldığı barədə məlumat yayıldı.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Fresco mağaza rəhbərliyi məlumat yayıb. Məlumatda bildirilir ki, göstərilən qiymət reallığa uyğun deyil:

“Bəli, həqiqətən Fresco-da 7.79 AZN-ə mini banan satılır, lakin istehsal vətəni Lənkəran deyil, Cənubi Afrika Respublikasıdır. Bundan əlavə standart ölçülü bananın kilosu isə bu gün 2.49AZN-dir.

Həmçinin bildirmək istərdik ki, bazara yeni daxil olan mini bananlar “Meyvəli bazar”da, həmçinin digər supermarket şəbəkələrində satılır. Fresco supermarketlər şəbəkəsi meyvə bazarında import ilə bağlı bir fəaliyyət göstərmir, müştərilərə ümumi Azərbaycan bazarına daxil olan və hər bir ticarət obyektinin satdığı meyvə və tərəvəz məhsullarını müştərilərinə təqdim edir”.

Paylaş:
Загрузка...