CƏMİYYƏT

Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə «SAR Qrup» MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.

Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da «SAR Qrup» həyata keçirəcək. BNA ilə «SAR Qrup» arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.

Paylaş:
Загрузка...