CƏMİYYƏT

Bakıda yol polisinin inanılmaz özbaşınalığı — FOTOFAKT

Bakıda yol polisi qaydanı pozarkən qəza törətdi.

Panorama.Az mediafax.az- istinadla xəbər verir ki, bu dəqiqələrdə 20 Yanvar küçəsində, 111 saylı məktəbin yaxınlığında qəza hadisəsi baş verib. Yol polisinin səbəb olduğu qəzada xəsarət alan olmasa da vətəndaşa ziyan dəyib.

Belə ki, avtomobil təqib edən DYP avtomobili qaydanı pozaraq qarşı yola çıxıb və başqa bir avtomobili vurub. Lakin daha təəccüblüsü budur ki, hadisədən sonra yol polisi maşını saxlamayıb və heç nə olmamış kimi, hadisə yerindən uzaqlaşıb…

Mediafax.Az-ın təqdim etdiyi şəkildən də göründüyü kimi, avtomobil öz yoluyla hərəkət edərkən sol tərəfindən vurulub. Lakin ziyan çəkmiş vətəndaş ona məxsus avtomobilin dövlət nömrə nişanının ictimaiyyətə açıqlanmamasında israrlı olduğu üçün biz də avtomobilin nömrəsini yayımlamırıq.

Yol polisinin əzdiyi avtomobilin fotosunu təqdim edirik:

Paylaş:
Загрузка...