CƏMİYYƏT

Bakının mərkəzində pul paylanıldı: Ehtiyacın varsa, götür – VİDEO

Bakıda qeyri-adi sosial test keçirilib.

Panorama.az baku.ws-ə istinadən xəbər verir ki, sosial testin videosu “Alles Pro” “Youtube” kanalında yerləşdirilib.

Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və üzərinə “ehtiyacın varsa, götür, yoxdursa, gətir” yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.

Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürür.

Məlum olub ki, oğlanın üzərindən pul götürənlərin sayı daha çoxdur. Onlardan bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyiblər.

Paylaş:
Загрузка...