CƏMİYYƏT

Bayılda sürüşmə zonasından köçürülmüş sakinlər üçün məktəblərdən PUL YIĞILIR? — RƏSMİ

Səbail rayon məktəbləri Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə yayılan məlumatla bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, Səbail rayonu 49, 51, 91, 163 və 203 №-li məktəblərin kolletivlərinin yaydığı məlumatda bildirilib ki, bu xəbərlər tamamilə əsassızdır:

“Bu xəbəri oxuyan zaman biz, 49, 51, 91, 163 və 203 №-li məktəblərin kollektivləri çox böyük təəssüf, həyacan və sarsıntı keçirdik. Nə qədər iftiraçı və həyasız olmaq lazımdır ki, görülən işlərin üzərinə kölgə salınsın. Məktəblərdə ümumiyyətlə belə hall olmamış və heç bir vəsait toplanmayıb. Belə ağ yalan, iftira kollektivlərimizi, valideynləri çox narahat edib. Heç kimdən soruşmadan, məsələni öyrənmədən yalan məlumat yaymaq özü bir cinayətdir. Siyası maraq güdən, popurist xarakterli, belə məlumatları yaymaqla özlərini reklam etməyə çalışanlar bilməlidirlər ki, yalan və iftira ilə heç bir şey əldə edə bilməyəcəklər. Məsələ ilə bağlı araşdırma aparılıb iftiraçılara qarşı ölçü görürülməsi üçün Hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Paylaş:
Загрузка...