CƏMİYYƏT Xüsusi

Binəqədidə yaşıllıq məhv edilərək obyekt tikilir -ŞİKAYƏT

Binəqədi rayonu 8-ci mikrorayon İ.Dadaşov küçəsi 91 saylı binanın arxa tərəfindəki məhəllədə yaşıllıq zonası məhv edilərək yerində obyekt tikilir.

Bu barədə Panorama.az-a həmin ünvanda yaşayan paytaxt sakinləri şikayətləri zamanı bildiriblər.

Sakinlər şikayətlərində qeyd ediblər ki, müvafiq qurumlara qonşularla etdiyimiz müraciətlərimizə baxmayaraq hələ də heç bir cavabdeh qurum bir tədbir görməyib:

«Qonşular adından xahiş edirik ki, məhəlləmizin bu problemini işıqlandırıb obyekt tikintisinə havadarlıq edən məmurlarla mübarizədə bizə kömək edəsiz. Aidiyyatı qurumlara yaşıllıq zonasının məhv edilməsinin dayandırılması haqqında şikayət ərizələri yazmışıq», — deyə sakinlər bildiriblər.

 

Paylaş:
Загрузка...