CƏMİYYƏT

Bir stəkan nanə çayı görün nələrə qadirdi?

Müasir dövrdə insanlar qeyri-sağlam qidalandıqları üçün bədəndə daha çox toksinlər yığılır. Supermarket rəflərində də zərərli qidalar üstünlük təşkil edir. Bu cür qidaların mənfi təsiri ilk növbədə qaraciyərdə öz əksini tapır.
Qaraciyəri qorumaq üçün həkimlər mütəmadi olaraq detokstasiya etməyi məsləhət görür.
Publika.az bu yazıda oxucuları ciyəri təmizləyən nanə çayı resepti ilə tanış edib. Diyetoloqların sözlərinə görə, bu, ən effektli üsullardan biridir.
İnqrediyentlər:
Bir ovuc təzə nanə yarpağı
Bir az limon şirəsi
Bir qədər portağal şirəsi
1 litr təmiz su
Dad üçün bal
Hazırlanması:
Qazana su töküb qaynamasını gözləyin. Suya nanə yarpağı əlavə edib təxminən 5 dəqiqə saxlayın. Bir neçə dəqiqə soyumasını gözləyin. Sonra isə bal, limon qabığı, limon və portağal şirəsini əlavə edin.
Bu içkini ilıq və ya soyuq halda qəbul etmək olar. Gündə bir dəfə nanə çayı içmək həm qara ciyəri təmizləyəcək, həmçinin mədə və həzm sisteminin fəaliyyətini yaxşılaşdıracaq.
Yadda saxlayın ki, qaraciyər xəstəlikləri uzun müddət nəzərə çarpmaya bilər. Odur ki, sağlam qidalanma qaydalarına əməl edin

Paylaş:
Загрузка...