CƏMİYYƏT

Brilyant Dadaşova Fədayəyə görə Mehriban Əliyevaya müraciət etdi — FOTO

Brilyant Dadaşova Mehriban Əliyevaya müraciət edib.

A24.Az xəbər verir ki, xalq artisti Brilyant Dadaşova həbsdə olan müğənni Fədayə Laçına dəstək olub. O, “İnstagram” səhifəsində bu haqda paylaşım edərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyib.

“Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcə də mehriban və qayğıkeş insan olduğunuzu bilirik. Sizə müraciət edərək istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirəm. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyədək biganə qalmadığınız üçün Fədayə Laçına dəstək olacağınızı ümid edirəm”, – deyərək Mehriban Əliyevadan Fədayə Laçın üçün dəstək istəyib.

Paylaş:
Загрузка...