CƏMİYYƏT

Bu gecə Bakıda bazar yandı – VİDEO

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş:
Загрузка...