CƏMİYYƏT

«Bu il orduya 300 ədəd AZ-7.62 avtomatı verəcəyik» — Nazir AÇIQLADI

“Biz Müdafiə Nazirliyinin sifarişi əsasında yaradılma proqramını həyata keçiririk”.

Panorama.az xəbər verir ki, bunu “AzeriDefence” jurnalına müsahibəsi zamanı Azərbaycan Müdafiə Sənayesi naziri Yavər Camalov deyib.

Nazir vurğulayıb ki, məsələn, 5.45 mm çaplı AK-74 avtomatını istehsal edirdik:

“Müdafiə Nazirliyi sifariş verdi ki, onlara 7.62 mm çaplı avtomat lazımdır. Ona görə AZ-7.62 avtomatını yaratdıq. Testləri keçirilib və bu il Müdafiə Nazirliyinin sifarişi əsasında orduya 300 ədəd 7.62 mm çaplı AZ-7.62 avtomatı verəcəyik”.

Paylaş:
Загрузка...