CƏMİYYƏT

Bu kişi Fədayə Laçının sevgilisi olduğunu iddia edir: «O, mənsiz öləcək…» — FOTO

Fədayənin başına gələnləri eşitdim, çox üzüldüm. Görəsən, bilirmi ki, üzgünəm? Fədayə, həqiqətən, məni çox sevir.

Bu sözləri güneyli şair Məhəmməd Çalğın müğənni Fədayə Laçının son günlər yaşadığı olaylar və onunla münasibəti haqda Kult.az-a danışarkən deyib. O, Fədayə Laçınla yaxın münasibətdə olduğunu iddia edib:

“Kitablarımın təqdimatına gələndə mənə söz vermişdi ki, növbəti gəlişimdə məni gəzdirəcək. Fədayə ölürdü məndən ötrü. Qocadan uzaqlaşacağına and içmişdi. Kimə iltimasa gedim, onu mənə xatir buraxsınlar? Biz təzə tanış olmuşuq axı. O, mənsiz öləcək məhbəsdə, bilirəm”.

M.Çalğın Fədayə Laçınla münasibətlərini təsdiqləyən heç bir foto və ya görüntü təqdim etməyib.

Qeyd edək ki, müğənni Fədayə Laçın sevgilisi, “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmağına kömək etməsi ittihamı ilə həbs edilib.

Paylaş:
Загрузка...