CƏMİYYƏT

Bu küçələrdən keçməyin — BAĞLANIR

Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Panorama.az-a verilən məlumata görə, aarılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Paylaş:
Загрузка...