CƏMİYYƏT

Bu rayona yeni prokuror təyin edildi

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Ramin Hüseynov Qobustan rayonunun prokuroru təyin edilib.

Qeyd edək ki, Qobustanın keçmiş prokuroru Azər Vahabzadə prokurorluq orqanlarında qulluq keçmənin son yaş həddi ilə əlaqədar bir müddət əvvəl təqaüdə göndərilib

Paylaş:
Загрузка...