CƏMİYYƏT

Bu rayonlarda 3 gün qaz olmayacaq

“Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, 12.09.2017-ci il tarixində saat 0700-dan 3 (üç) gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Göstətilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Paylaş:
Загрузка...