CƏMİYYƏT

Bu üç vasitə dərdlərinizə dəva olacaq — QAYDALAR

Adətən xörəklərə əlavə dad qatması üçün istifadə etdiyimiz duz, istiot və limon eyni zamanda bir çox sağlamlıq probleminə də fayda göstərir. Ailem.az bu üç vasitənin kömək etdiyi problemləri diqqətinizə çatdırır.

 

Soyuqdəymə

Qaynamış suyun içinə yarım limonun suyunu sıxın.  10 dəqiqə keçdikdən sonra suya bir xörək qaşığı bal töküb için.

Boğaz ağrısı

Bir stəkan ilıq suya yarım çay qaşığı istiot, bir çay qaşığı duz və bir xörək qaşığı limon suyu əlavə edin. Bir neçə gün ərzində bu qarqaranı edin.

Asma

 

Qaynayan suya 2 mixək, 15 nanə yarpağı və 10 ədəd istiot dənəsi atın. 15 dəqiqə qaynatdıqdan sonra balona tökərək 2 xörək qaşığı balla istehlak edin.

Diş ağrısı

Yarım çay qaşığı üyüdülmüş istiotu, bu miqdardaki mixək yağı ilə qarışdırın. Qarışımı ağrıyan dişinizə vurun.

Mədə bulantısı

Bir çay qaşığı istiotla bir xörək qaşığı limon suyunu yarım stəkan ilıq suyun içinə tökün. Yeməkdən əvvəl bir çay qaşığı qəbul edin.

Paylaş:
Загрузка...