Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Panorama.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşma asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır.

“Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarına qədər tətbiq ediləcək”, – deyə məlumatda qeyd edilib.

Paylaş:
Загрузка...