Qoç

Balansı saxlamaq çətindir. Emosional mühit qeyri-sabitdir, boş şeylərə görə siz həddindən çox qıcıqlana, ətrafdakıların hamısına qəzəblənə bilərsiniz. Həmkarlarınız və rəhbərliklə münaqişələr ucbatından üzərində işlədiyiniz layihəni vaxtında başa çatdırmaq mümkün olmayacaq. Vacib bir məsələ üzərində dayanmağa dəyər, özünüz üçün qoyduğunuz əsas məqsədləri xatırlayın. Beləliklə, sınaqdan keçmək daha asan olacaq. Bu gün yaxınlarınızın dəstəyinə ehtiyac yarana bilər. Bütün Qoçlar onları narahat edən məsələləri asanlıqla izah edəcəklər. Bununla bağlı qərar verənlər yardım və yaxşı məsləhət alacaqlar.

Buğa

Tanışlıq üçün əlverişli gündür. Bu gün yaxşı təəssürat yaratmaq, ən yaxşı tərəfdən özünü göstərmək üçün münasib olacaq. Gözləmədiyiniz insanlardan kömək ala biləcəyiniz istisna edilmir. Zamanla yeni müttəfiqlər əsl dost ola bilərlər. Maliyyə məsələlərinin uğurlu həlli üşün xeyli pul vəsaitlərinin daxilolmaları mümkündür. İşgüzar səfərlər uğurlu alınacaq. Axşam istirahət, sağlamlıq və porfilaktik tədbirlər üçün uyğundur. Səs-küylü tədbirlərə baş çəkməkdən imtina etməyiniz daha əlverişlidir, əks halda özünüzü yaxşı hiss etməyəcəksiniz.

Əkizlər

Xırda problemləri ürəyinizə salmamağa çalışırsınız, amma bu, o qədər də yaxşı alınmır. Həyəcan və narahatlıqlardan qaçmaq olmur. Tez-tez ətrafınızdakıların hərəkətləri sizin üçün ürəkaçan olmur, bəzi Əkizlər əvvəllər yüksək fikirdə olduğu insanlara görə məyus olacaqlar. Buna baxmayaraq, qəti nəticəyə gəlməyə tələsməyin: bəlkə də vəziyyəti düzgün qiymətləndirmir və ya nəyisə bilmirsiniz. Maliyyə çətinlikləri mümkündür. Onlar ciddi xarakter daşımayacaq, sizin hələ nəyə pul xərcləməyi, nəyə qənaət etməyi düşünmək üçün bir bəhanəniz olacaq. Günün sonunda xoş xəbər alacağınız güman olunur.

Xərçəng

Gün sürprizlər gətirəcək. Çox güman ki, planlarınızı dəyişdirməli, məşğuliyyətinizi təxirə salmalı olacaqsınız. Özünüz üçün vacib məsələlərlə məşğul olmaq daha yaxşıdır: məqsədlərinizə çatmaq daha asan olacaq. Boş mübahisələrdən, uzun söhbətlərdən qaçmağa çalışın. Onlar vaxt alır, əhvalları korlayır, enerjidən məhrum edirlər. Tezliklə sizə lazım olacaq işi öyrənmək üçün fürsəti qaçırmayın. Əlverişli şəraitin yaranması mümkündür. Gözlənilməz uğurlar sayəsində son günlərdə sizi narahat edən məsələlər həll ediləcək. Şəxsi münasibətlərlə bağlı hər şeydə, intuisiyaya güvənməlisiniz.

Şir

Günün başlanğıcı çətin olacaq. Bu vaxt ətrafınızdakılara qarşı qəzəbli, səbirsiz və çox tələbkar olursunuz. Hətta ən yaxınlarınızla razılaşmaq çətin olacaq, xoş bir söhbət mübahisə ilə sona çata bilər. Mühüm məsələlərin müzakirəsini təxirə salmaq daha münasibdir. Vaxt keçdikcə, emosional zəmin daha əlverişli olur və hər şeyə optimist baxmağa başlayırsınız. Axşam xoş bir dialoq vəd edir. Sevdiyiniz insanlara qarşı diqqətli olun: bu gün harmonik münasibətlərin qorunması üçün, xüsusilə vacibdir. Hətta siz iradınızın düzgünlüyünə əmin olsanız belə başqalarını tənqid etmək məsləhət deyil.

Qız

Çox məhsuldar bir gündür. Birdən-birə meydana çıxan heç bir problem, heç bir maneə, sizi fikirləşdiyiniz plandan imtina etməyə məcbur etmir. Siz qətiyyətlə müəyyən məqsədlərə gedəcəksiniz və mütləq onlara çatacaqsınız. Ən çətin vəziyyətlərdə özünənəzarət ətrafdakıların hörmətini qazanmağa imkan yaradır. Sizi əvvəlcədən qiymətləndirməyən insanlar bu gün fikirlərinizi dəyişəcəklər. Tanışlıq üçün əlverişli gündür. Yeni müttəfiqlər və əsl dostlar tapa bilərsiniz. Romantik istəkləriniz bir çox şeyə fərqli mövqedən baxmağınıza kömək edəcək.

Tərəzi

Diqqətli olun, hər bir addım barədə düşünməyə çalışın. Çox şey gözlədiyiniz yöndə inkişaf etmir, ancaq bu, məqsədinizə nail olmaq üçün maneə törətmir. Münaqişə vəziyyətlərindən qaçın. Haqlı olduğunuzu sübut etmək arzusu yaxşı bir şeyə gətirib çıxara bilməz. Rəhbərliklə fikirayrılığı istisna olunmur. Onların uzunmüddətli nəticələri olmayacaq, lakin bu gün bir sıra çətinliklər yaradırlar. Sevdiklərinizə qarşı səmimi qayğı, onların işlərinə həqiqi maraq yaxşı münasibətləri qorumağa, gərgin anlardan qaçmağa kömək edəcək. Gözlənilməz romantik təkliflər mümkündür.

Əqrəb

Günün ilk yarısı əhəmiyyətli hadisələrə gətirə çıxara bilməz. Bu zaman yaxın keçmişdəki hadisələr haqqında fikirləşmək, öz hərəkətlərinizin və onların nəticələrini təhlil etməklə məşğul ola bilərsiniz. Əgər həyatınızda bəzi böyük dəyişikliklərə səbəb ola biləcəksə, düşünülməmiş addımlardan çəkinmək məsləhətdir. Daha sonra həmkarlarınızla iş məsələsində fikirayrılığı ciddi mübahisələrə gətirib çıxara bilər. Ünsiyyətdə anlaşılmazlığın indi çox əhəmiyyətli olduğunu unutmayın. İzdihamlı tədbirlərdə iştirak etmək arzuolunmazdır. Axşam vaxtı sakitlik, istirahət etmək və gücü bərpa etmək daha yaxşıdır.

Oxatan

Gün pis başlamır, amma bütün məsələlərin tamamilə öz-özünə həll olunacağını gözləməməlisiniz. Hər hansı bir məqsədə nail olmaq səy tələb edir və düzgün nəticə əldə etmək üçün daha sürətlə işin qulpundan yapışmaq daha münasibdir. Daha sonra ciddi əhval-ruhiyyəyə uyğunlaşmaq lazımdır. Hətta ən sadə və adi bir iş də səyləri cəmləşdirmə və ətraflı diqqət tələb edir. Heç kəsə imkan verməyin ki, sizi narahat etsin. Səfər baş tuta bilər. Onlar sizin düşündüyünüzdən daha çox vaxt alacaq və çox yaxşı uğur gətirməyəcək. Bundan əlavə, yolda mühüm sənədləri itirmək riski var. Plansız xərclər istisna olunmur.

Oğlaq

Uğurlu gündür. Siz enerji və qüvvənizin bir hissəsini itirdiyinizi hiss edəcəksiniz, əvvəlcədən qərar verməkdə çətinlik çəkdiyniz bir bir işə girişməyə hazır olduğunuzu başa düşəcəksiniz. İşdə narahatçılıq ola bilər: gözlənilməz hadisələr, ani dəyişikliklər mümkündür. Amma hər şey sizin xeyrinizə olacaq. Bəzi Oğlaqlar karyera pilləsinə çıxmaq şansına sahib olacaqlar. Nağd pul vəsaitləri və sövdələşmələr mümkündür. Şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərarlar qəbul etmək və ya radikal dəyişiklik etmək məsləhət deyil. Sizə hisslərinizi anlamaq və hər şey haqqında düşünmək üçün vaxt lazımdır.

Dolça

Günün başlanğıcı yeni fikirlər və cəsarətli planlar gətirəcək. Bu yaradıcılıq üçün, eləcə də dostlarınız və həmfikirlərinizlə ünsiyyət üçün çox əlverişli bir vaxtdır. Uzun müddət narahat olduğunuz bir sirri ortaya çıxarmaq və faydalı məlumatlar əldə etmək imkanı olacaq. Axşam yaxınlaşdıqca, tamahkarlıq və şəhvət hissləri daha çoxalır. Onlara qarşı durmaq üçün güc tapın, əks təqdirdə vacib bir şeyi əldən verə bilərsiniz. Hər hansı bir əhəmiyyətli görüşə hazırlaşarkən, görünüşünüzə xüsusi diqqət yetirin: bu gün qüsursuz olmalısınız. İfrat yüklənməməyə çalışın, bu, sağlamlığınıza pis təsir göstərə bilər.

Balıqlar

Müttəfiqlər tapmaq üçün yaxşı bir gündür. Çoxlarının yanlarında görmək istədikləri insanların dəstəyini almaq üçün bir şansınız var. Siz ideyalarınızla bir çoxunu maraqlandıra bilərsiniz, amma bütün kartları bir anda açmayın və çox söz verənlərə etibar etməyin. İşlərinizdə intuisiyanıza güvənməyiniz lazımdır. O, kimin sizə kömək etmək istədiyini və kimin isə yalnız öz maraqlarının qayğısına qaldığını sizə xəbər verəcək. Yaxınlarınızla ortaq bir dil tapmağın asan olacağı və bəzi köhnə problemlərin gözlənilmədən həllinin mümkün olacağı ehtimalı var. Aşiq olmuş Balıqları romantik etiraflar və xoş sürprizlər gözləyir. (Bizimyolinfo.com)

Paylaş:
Загрузка...