CƏMİYYƏT

“Cəmiyyətdə Sovet İttifaqından ötrü sinov gedənləri görürük” – Komitə sədrindən ETİRAZ

“Azərbaycan dövlətinin ən böyük qazancı onun müstəqilliyidir. Burada bəzi fikirlər səsləndi ki, bolşeviklərin, kommunistlərin bu hadisələrdə əli yoxdur. Amma birmənalı olaraq deməliyik ki, azərbaycanlıların başına gələn , soyqırımılar, işğallar bolşevik, kommunistlər və ermənilərin əlbirliyi ilə həyata keçriilib.

Həmçinin Sovet İttifaqı zamanında Azərbaycana qarşı olan münasibət hamının gözü qarşısındadır. Əfsuslar olsun ki, biz cəmiyyətdə bəzən Sovet İttifaqından ötrü sinov gedənləri görürük. Ulu öndər Heydər Əliyev də deyib ki, bizim ən böyük uğurumuz müstəqilliyimizdir. Hesab edirəm ki, gənc nəsilə bu mesajları ötürməliyik” .

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın müstəqilliyin qorunub saxlanılması, dövlətimizin gücləndirilməsi üçün cənab prezident tərəfindən uzaqgörən və sistemli işlər aparılır.

“Bu gün kitabların çapı çox vacibdir. Amma dünyada aparılan rəy sorğuları onu göstərir ki, dünyada artıq insanlar kitabdan aralı düşüblər. Ona görə də innovativ yanaşmalar tətbiq olunmalıdır.

Bu gün AMEA-nın bazası buna imkan verir ki, onlar daha çox innovativ elementlər həyata keçirsinlər. Mən inanıram ki, Azərbaycanla bağlı həqiqətləri nə qədər çox dildə yaysaq, bir o qədər də yaxşı olar. Amma bundan daha vacibi isə beynəlxalq təşkilatlara çatdırmaqdır. Biz başımıza gələtirilən soyqırımıları öyrənməliyik. Amma eyni zamanda dünya ictimaiyyətinə müraciət etməliyik. Belə uğurlu kampaniyalar var. Bildiyimiz kimi, Heydər Əliyev Fondu, şəxsən Leyla Əliyeva tərəfindən Xocalıya Ədalət Kampaniyası çox uğurla həyata keçirilir. Bu gün reallıqları dünyaya çatdırmaq üsulları məhz belədir”.

Fuad Muradov qeyd edib ki, bu gün Azərbaycan gəncləri ölkəmizlə bağlı həqiqətləri internet vasitəsilə dünyaya çatdırırlar. “Çox təəssüflər olsun ki, bu gün bəzi ölkələr ikili standartları tətbiq edirlər. Mən inanıram ki, Azərbaycanda həyata keçirilən islahatlar bizim iqtisadi, hərbi inkişafımız düşmənə ən yaxşı cavabdır. Mən bir daha soyqırımı qurbanlarının qarşısında baş əyirəm. Azərbaycan xalqı onların haqlı işlərini davam etdirəcək”.

Paylaş:
Загрузка...