CƏMİYYƏT

«Çalış onu göndər bura…» — «Qoca»nın Kürdəxanıdan yeni görüntüsü — VİDEO

Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.

Video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.

E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.

Daha sonra «Qoca» adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: «Çalış onu gətir. Denən ki, Qoca səni məhkəmədə görmək istəyir».

Etibar Məmmədov yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.

Qeyd edək ki, Bakının Qaradağ rayonunda «Qoca» ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.

Məlumata görə, E.Məmmədov Abşeron rayonunun Güzdək qəsəbəsində İlqar Əzimov adlı şəxsin evində gizlənib.

«Qoca» ləqəbli avtoritet yük avtomobili ilə Hacıqabul istiqamətinə qaçırılarkən Qaradağ rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı E.Məmmədovla yanaşı, İlqar Əzimov zərərsizləşdirilib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. // unikal.org

 

Paylaş:
Загрузка...