CƏMİYYƏT

Cavanşir Quliyev: Hakim olsam, Fədayə Laçını azad edərdim

Bir neçə gündür ki, «Qoca» ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir. Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni «canini sevdiyi» və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir.

Fədayə Laçınının bu addımına münasibət bildirən bəstəkar Cavanşir Quliyev Xeber365.com-a əksəriyyət kimi düşünmədiyini qeyd edib: «O, edər, heç nəyə baxmaz. Sevirəm belə dəli  qızları. Zatən oxumağından bilinirdi… Sakit  axan həyatını romana çevirdi Fədayə… Mənim bir neçə mahnımı da oxuyub, çox yaxşı müğənnidi. Hakim mən olsam, buraxaram onu».

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Etibar Məmmədov öldürülüb. //xeber365.com

Paylaş:
Загрузка...