CƏMİYYƏT

Cavanşir Quliyev Şimali Kipr universitetinin dekanı seçildi — FOTO

Uzun müddətdir ki, Şimali Kiprin Yakın Doğu Universitetində çalışan tanınmış bəstəkar, professor Cavanşir Quliyev universitetin Səhnə Sənətləri Fakültəsinin dekanı vəzifəsinə təyin edilib. 
Panorama.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən universitetin rəsmi saytında da məlumat verilib. Həmçinin, uyğun fakültə ilə bağlı bilgilərdə Cavanşir Quliyevin dekan olması ilə bağlı bilgi artıq yenilənib.
Tanınmış bəstəkarın yaxın dostları və tələbələri sosial şəbəkələrdə də onu bu münasibətlə təbrik ediblər.
Paylaş:
Загрузка...