CƏMİYYƏT

Cinsi əlaqə zamanı başı ağrıyanlar, ölüm təhlükəsi var — DİQQƏTLİ OLUN!

Cinsi əlaqə zamanı «baş ağrısı» yaşayanların sayı olduqca çoxdur. Baş ağrısı əlaqə əsnasında və ya orqazm ilə ortaya çıxa bilər.

GoldNews.Az orqazm zamanı yaranan baş ağrısının xüsusiyyətlərini sizə təqdim edir.

Orqazm baş ağrısı nədir?

Cinsi əlaqə zamanı görülən bir baş ağrısı növüdür. Tibbdə «coital cephalgia» və ya «orqazm baş ağrısı» kimi tanınır. Cinsi əlaqənin ön sevişmə dövrü və ya daha tez-tez orqazm ilə ortaya çıxır. Başlanğıcda ciddi bir ağrı olmayan ağrı orqazma yaxın dövrdə kəskin bir ağrı şəklində hiss edilə bilər. Xəstənin yaşadığı qorxu və ağrının şiddəti əlaqədən yayınmasına yol aça bilər. Masturbasiya və boyun, ya da üz əzələlərinin ani bükülməsinə səbəb olan hadisələr də bu cür ağrıların yaranmasına təsir edə bilər.

Kimlərdə bu ağrı yarana bilər?

Həm kişi, həm də qadınlarda rast gəlinir, ancaq kişilərdə rast gəlmə tezliyi daha çoxdur. Xəstələr utandıqları üçün bu şikayətlərini heç vaxt dilə gətirmədiyini bildiriblər. Buna görə də qadınlarda bu xəstəliyin görülmə sıxlığı çoxdur.

Təhlükəli ola bilərmi?

Bu cür ağrılar miqren növlü baş ağrılarına oxşayır. Ancaq nadir hallarda beyin qan sızması bu cür ağrılara (ilk dəqiqələrdə) yol aça bilər. Baş və ya beyin daxilində qan sızması ola bilər və bu vəziyyət ani ölüm səbəbləri arasındadır. Cinsi əlaqə zamanı yaranan baş ağrısı diaqnozu qoyulan xəstələrdə bu vəziyyətə yol açacaq digər ölümcül səbəbləri aradan qaldırmaq üçün heç olmasa bir dəfə baş MRT ediməlidir. Yenə də, ölümcül bir problem olması ehtimalı olduqca aşağıdır.

Gələcəkdə müayinə etdirmək lazımdırmı?

Cinsi əlaqə zamanı yaranan baş ağrısının beyinə qan sızması və ya beyin damar cırılması kimi ölümcül bir xəstəliyə səbəb olub-olmadığını anlamaq üçün MRT ilə beyin və beyin damarlarının incələnməsi lazımdır. Xəstələr həm də nevroloqa müraciət etməlidirlər.

Müalicəsi mümkündürmü?

Müalicəsi olduqca sadə və ucuzdur. Miqren müalicəsində istifadə edilən dərmanlarla sağaltmaq olar. Bəzi xəstələrdə ağrı orqazmdan dərhal sonra olur və bir neçə saat istirahət ilə keçir. Nadir hallarda üç-dörd gün davam edir.

Paylaş:
Загрузка...