CƏMİYYƏT

Dərsliklə bağlı yayılan məlumat yalan çıxdı

Sosial şəbəkədə yazılanlara istinadən xəbər portalları “Hərbi hazırlıq” dərsliyində Azərbaycan əsgərinin əvəzinə erməni snayper yerləşdirilməsi barədə məlumat yayırlar. Məlumata görə, 10-cu sinif “Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib.

Apardığımız araşdırma zamanı məlum oldu ki, yayılan bu xəbər əsassızdır.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyinin Tədris resurslarının idarə olunmasının məlumat sistemində yerləşdirilən 10-cu sinif “Çağırışaqədərki hazırlığı” dərsliyində haqqında söhbət açılan erməni snayperinin fotosu yer almayıb. Qılman Eyvazovun müəllifi olduğu dərslik hazırda şagirdlərin istifadəsindədir.

Aşağıdakı linkə daxil olmaqla Siz də yalnış məlumatın yayıldığının şahidi ola bilərsiniz: http://trims.edu.az/noduploads/book/quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-10-cu-sinif-ucun-darslik.pdf

Paylaş:
Загрузка...