CƏMİYYƏT

Daha bir marşrut xətti ləğv edildi

114 nömrəli marşrut xətti ləğv edilib.

Bakı Nəqliyyat Agentliyindən Panorama.az-a verilən məlumata görə, marşrut xətti fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək.

Məlumatda bildirilir ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu.

“Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini “20 Yanvar” metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb. Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi – “20 Yanvar” metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. Dəyişikliyin edilməsində məqsəd, Pirəkəşkül qəsəbəsi və Müşviqabad qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına rahat gediş-gəlişinin təmin edilməsidir”.

Dəyişikliyin fevral ayının 10-dək təmin edilməsi nəzərdə tutulub.

Paylaş:
Загрузка...