CƏMİYYƏT

Damla Fədayə Laçınla «Qoca»dan danışdı

Müğənni Damla kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına köməklik etdiyi üçün saxlanılan Fədayə Laçın haqqında yazıb.

GoldNews.Az xəbər verir ki, müğənni şəxsi Instagram-ında Fədayə Laçının mahnısını paylaşıb və bunları yazıb:

«Günlərdə bu ağrılı, acılı sevgi dramının bitməsi məni də üzdü. O, eşq qadını olduğu üçün onu anlayıram. Qanun qanundur. Buna sözüm yoxdur. Hər kəs qanun qarşısında cavab verməlidir. Amma buna dastanlara yazılan sevgi tarixçəsi deyərdim. Hər kəs qınayır, hər kəs üzücü şərhlər yazır. Etməyin dostlar. Onun da oğul balası var. Heç kəs sabahından sığortalı deyil. Mütləq ki, o şərhləri oxuyur.

Başqasına dil uzatmaq bu qədərmi asandır? Hər kəs öz qismətini yaşayır. Hər dəfə Instagram-a girən kimi uşaq kimi göz yaşlarıma hakim ola bilmirəm. İçim parçalanır. Sanki zamanında bu mahnını özü üçün oxuyub. Canım yanır, Allah ailəsinə səbr, dözüm versin. Allah Fədayə xanıma yardım etsin».

Paylaş:
Загрузка...