CƏMİYYƏT

Dayəni 10 il zirzəmidə girov saxladı, hər gün işgəncə verib təcavüz etdi — ŞOK HADİSƏ

Sadəcə dayə işləmək üçün getdiyi evdə qadının başına müsibətlər gəlib.

GoldNews.Az xəbər verir ki, Aloisio Françesko Rosario Giordano adlı 52 yaşlı şəxsin İtaliyanın Gizzeria şəhərindəki evinin zirzəmisində 10 ildir bir qadını əsir saxladığı ortaya çıxıb.

29 yaşlı qadının 10 ildir zirzəmidə yaşadığı öyrənilib. Caninin qadına davamlı olaraq işgəncə verib və təcavüz edib.

Həmin şəxsin 1995-ci ildə də bir başqa qadının qaçırılması, işgəncə və təcavüz etməsi cinayətlərindən tutularaq bir müddət həbsxanada yatdığı öyrənilib. 1999-ci ildə azad edilən Giordano ölümcül xəstəliyi olan həyat yoldaşı və 2 uşağına baxmaq üçün evinə geri qayıdıb.

Bu sıralarda 19 yaşlı rumın qızı dayə olaraq işə götürən cani həyat yoldaşını itirdikdən sonra çirkin planını işə salıb. 19 yaşlı qızı 10 il ərzində metal zəncirlə siçanların olduğu zirzəmiyə bağlayan Giordano bu prosesdə ona qarşı hər cür pis əməlini həyata keçirib. Elektrik və suyun olmadığı zirzəmidə illərdir yaşamağa çalışan qadın adamın təcavüzləri nəticəsində özbaşına iki uşaq doğub. Uşaqlardan birinin 9 yaşlı oğlan, digərinin isə 3 yaşlı qız olduğu bildirilib.

Uşaqların analarının məruz qaldığı işgəncəyə şahid olduğu öyrənilərkən caninin işgəncələri nəticəsində qadının bədənində olduqca dərin kəsiklər əmələ gəldiyi və bunları öz başına tikməyə belə çətinlik çəkdiyi qeyd olunub.

Paylaş:
Загрузка...