CƏMİYYƏT

Dişləri ağappaq edən məcun: evdə özünüz hazırlayın — RESEPT

Satılan bir çox diş məcunlarının tərkibində bir çox zərərli maddələr var. Bu isə dişlərinizə və ümumi sağlamlığınıza zərər verir.

Ailem.az sizə evdə hazırlaya biləcəyiniz sağlıqlı diş məcunu reseptini verir.

 

Aktiv kömürlə diş məcunu

Lazım olanlar:

 

2 çay qaşığı aktiv kömür

1 xörək qaşığı yumurta tozu
1 xörək qaşığı əridilmiş kakos yağı

 

Hazırlanması:

 

Bir qaba aktiv kömür və yumurta tozunu tökün. Daha sonra əridilmiş kakos yağını əlavə edin. Qarışım bir-birinə qarışana qədər qarışdırın. Hazır olandan sonra hava keçirməz bir qabda saxlayın.

 

Necə istifadə olunur?

 

Kiçik bir qaşıqla diş fırçanızın üzərinə bu qarışımdan bir azca qoyun. Dişlərinizi hər zamankı kimi fırçalayın, dişlərin önünə və arxasına da bərabər dərəcədə tətbiq edin.

Fırçalamadan sonra ağzınızı ilıq su ilə yaxalayın. Bu diş məcunundan hər gün istifadə edə bilərsiniz.

 

Faydaları nələrdir?

 

Aktiv kömür dişlərdəki ləkələri və ərpləri azaldaraq, dişləri ağardır. Həmçinin, ağızdakı pH tarazlığını qoruyaraq ağız qoxusunun qarşısını alır.

 

Zəngin bir kalsium qaynağı olan yumurta tozu dişləri gücləndirməyə kömək edir, zamanla onları yeniləyir.
Kakos yağı diş gigiyenasının qorunmasına köməkçi olur. Ağız qoxusu, diş çürüməsi və diş əti iltihablanmasını əngəlləyir. Həmçinin, diş həssaslığını azaldır. Ərp yaranmasının qarşısını alaraq dişləri ağardır.

 

 

Paylaş:
Загрузка...