CƏMİYYƏT

“Döyülüb öldürülən” Qarabağ əlilinin qatili TUTULDU

Bakının Binəqədi rayonunda Qarabağ əlilinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.
Unikal.org xəbər verir ki, fevralın 5-də daxil olmuş məlumat əsasında 6-cı polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişi aşkar ediblər.
Həmin şəxs Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olduğu müəyyən edilib. Aldığı xəsarətlərin ağırlığı səbəbindən onun dindirilməsi mümkün olmayıb.
Həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Mübariz Əhmədovun «Kamaz” markalı yük avtomobili ilə vurulduğu ortaya çıxıb. Onu vurub hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü — Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, Mübariz Əhmədov Qarabağ müharibəsi əlili olub.
Onun dünən mətbuatda döyülərək öldürülməsi barədə xəbər yayılmışdı.
Paylaş:
Загрузка...