CƏMİYYƏT

Dünya anestezioloqlar günü — Anestesiya barədə bilmədiklərimiz

Bu gün ümumdünya anestezioloqlar günüdür. 

Panorama.az ATV.az-a istinadən xəbər verir ki, əsası 1846-cı ildə stomatoloq Tomas Morton tərəfindən qoyulan peşə barədə insanların yanlış bildiyi faktlar yetərincədir. İlk dəfə efir yağından istifadə edilməklə aparılan anesteziyaya indi tibbin bütün sahələrində rast gəlmək mümkündür. Beləliklə, anesteziya  haqqında bilmədiyimiz yeddi faktı sizə təqdim edirik:

1.  “O dünyanı” görmək olar

Anesteziyanın kliniki ölümlə heç bir əlaqəsi yoxdur.

2.  Əməliyyatın ən qızğın yerində ayılmaq mümkündür

Bu barədə əməliyyatdan daha çox qorxan xəstələrin danışdığı məlum olub. Prinsip etibarı ilə anestezioloq bunu edə bilər. Amma xəstəni əməliyyat zamanı ayıltmaq üçün onun heç bir əsası yoxdur. Bu səbəbdən, pasientin ayılmaq şansları sıfıra bərabərdir.

3. Narkozdan sonra xəstələr əqli inkişafdan geri qalır

Xüsusi testlərlə sübut olunub ki, ümumi anesteziyadan sonra yaddaş və diqqət problemləri yaşanır. Bu effekt iki həftədən, bir neçə aya qədər davam edə bilər. Bununla yanaşı, mütəxəssislər bildirir ki, əqli kənarlaşmalar çox minimal olur.

4. Anesteziyaya görə, bütün orqanizm ömür boyu əziyyət çəkir

Bütün dərman pereparatları kimi anesteziya da müəyyən zaman kəsiyində təsir göstərir. Uzunmüddətli fəsadlar qeydə alınmayıb.

5. Hər əməliyyatdan sonra narkozun dozasını bir qədər də artırmaq lazımdır

Bu fikir kökündən yanlışdır. Yanıq xəsarəti alan uşaqlara ağırlıq dərəcəsindən asılı olaraq 2-3 ay ərzində bəzən 15 dəfə narkoz verilir. Bu zaman doza artırılmır.

 6. Anesteziyadan sonra insan beyni tormozlanır    

Sübut olunub ki, ABŞ-da əməliyyatların 70%-i stasionar şəkildə aparılır. Yəni xəstələr əməliyyatdan sonra gündüzlər evə buraxıla bilər. Bu isə o deməkdir ki, narkoz alan xəstələr səhhətləri imkan verdiyi halda, işə və ya dərsə gedə bilər.

7. Anesteziyadan sonra insanlar qısamüddətli dəlilik həddinə çatmaq

Ola bilər. Amma bu individual reaksiyadır. Müasir anesteziyada bu çox nadir hallarda rast gəlinir.

Paylaş:
Загрузка...