CƏMİYYƏT

E-kitablar oxu vərdişlərimizi dəyişirmi ? – ARAŞDIRMA

Nə qədər qəribə səslənsə də, ilk e-kitabın yaradılmasının üzərindən artıq 20 il keçir. Kitabların format dəyişiliklərinə ilk reaksiyalar adətən mənfi idi, bəziləri bunların klassik kitabları yox edəcəyini düşünürdü.Araşdırmalar ABŞ’da əhalinin ən az yarısının planşet və ya e-kitaba sahib olduğunu və hər 10 nəfərdən 3-nün 2013-cü ildə e-kitab oxuduğunu göstərir. Çap kitabları hələ də ən populyar oxuma formatı olsa da, son 10 ildə e-kitablar sürətlə populyarlaşıb. İnternet alış-verişinin nəhəngi olan Amazon’un 2007-ci ildə Kindle adlı e-kitabı satışa çıxarmasının da bu böyümədə vacib rolu oldu.

2008-2010-cu illər ərzində e-kitab satışı 1260% artmışdır. Daha sonra Nook və iPad meydana çıxdı. Bütün bunlar İngiltərənin məşhur kitab mağazası Border Book’un 2011’də iflas etməsinə səbəb olmuşdu. E-kitab satışları artmağa davam etsə də, rəqəmlər əvvəlki qədə sürətli olmadığını göstərir. Amerika Nəşriyyat Dərnəyindən verilən məlumata əsasən, kitab bazarının 20%-ni təşkil edən e-kitab satışları 2015-ci ildə yavaşlamağa başlayıb. Ancaq çap kitablarının da satışı eyni şeyə məruz qalıb. Kitabın Gələcəyi İnsitututunun rəhbəri Robert Stein bu yavaşlamanın yaxın zamanda yenidən yüksəlişlə əvəzlənəcəyini deyir. Stein e-kitabların gələcəkdə nəşriyyatlar əvəzinə vide-oyun sektoru tərəfindən davam etdiriləcəyini, kitab oxumağın daha sosial bir fəaliyyət olacağını ehtimal edir. Stein’in Sosial Kitab layihəsi isə rəqəmsal mətnlərdə sətir aralarına şərh yazmaq imkanı yaradır. Bəzi məktəblərdə müəllimlər müzakirələr üçün bu oxu tərzindən artıq istifadə etməyə başlayıb.

Kitab çapının tamamilə yox olacağını heç kim gözləmir. Lakin, kitablar oxumaqdan daha çox, baxmaq və ya bəzək əşyası kimi həyatımızda qalmağa davam edəcək. Bəziləri isə çap olunmuş kitabların 50-100 il ərzində yox olacağına inanır. Çap kitablarının yox olma ehtimalı Massacusetts’dəki Tufts Universiteti Oxu və Dil Araşdırma Mərkəzinin rəhbəri Maryanne Wolf’u narahat edir. Onun sözlərinə görə, elektron oxu beynin mətnə verdiyi mənaya və diqqətə mənfi təsir edir. Çap kitablar daha çox konsentrasiya tələb etsə də, e-kitab oxumağın eyni effekti olmur.

Ancaq bunun əksini göstərən araşdırmalar da mövcuddur. Buna araşdırmalar iddia edir ki, e-kitab oxumaq nəinki qavramanı azaltmır, üstəlik də disleksik insanların oxumaqdan daha çox zövq almasına səbəb olur. 400-dən çox bağça uşağı üzərində aparılan araşdırmaya əsasən, uşaqların animasiyalı e-kitablardakı hekayələri daha yaxşı başa düşdüyünü və daha çox söz öyrəndiyini deyilir. Seçim hələ ki bizə həvalə edilir. Bizə ən rahat olan formatı seçməli və maariflənməyə davam etməliyik.

pahoo.az

Paylaş:
Загрузка...