CƏMİYYƏT

Elşad Mirinin kitabı qadağan edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslamda yoxdur!” adlı kitabımın çap olunmasına qadağa qoyub.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış ilahiyyatçı Elşad Miri söyləyib. O bildirib ki, komitə hansı səbəbdən belə bir qərar verdiyini açıqlamayıb:

“İcazə ala bilsəydik, ən qısa zamanda kitab çap oluanacaqdı, lakin bu mümkün olmadı. Ola bilsin, Komitə ənənəvi dini anlayışa uyğun gəlmədiyinə görə belə bir qərar verib”.

Qeyd edək ki, “İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.

Paylaş:
Загрузка...