CƏMİYYƏT

Ermənilər azərbaycanlı generala həsəd apardı — Foto

Erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. Bu fotoda general şəhid anasının əlini öpür.

“Panorama.az” Azərtac-a istinadən xəbər verir ki, erməni “facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Yaşar Aydəmirovun həmin fotosu noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Fotoda 1997-ci ildə şəhid olan kəşfiyyatçı Anar Rzayevin anası Siyafət Rzayevaya medal təqdim edən general-leytenant Yaşar Aydəmirov ehtiram əlaməti olaraq şəhid anasının əlindən öpür və qarşısında baş əyir.

Paylaş:
Загрузка...