CƏMİYYƏT Xüsusi

Ermənilərin 4 tankını məhv edən azərbaycanlı — Zabit Quliyev

Zabit Quliyev 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışır.

Panorama.az bildirir ki, 1993-cü ildə o, Milli Orduya çağırılır.

Zabit Quliyevi birbaşa cəbhəyə aparırlar. Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşur. Zabit çox tez bir zamanda hörmət də qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfələrlə sıradan çıxarmışdı. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü. Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi. Mahir atıcının adı elləri gəzirdi. Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.

Ailəlidir, bir övladı var.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Paylaş:
Загрузка...