CƏMİYYƏT

Fədayə Laçın peşman olub, amma… — Vəkili danışdı

Vəkil Türkel Süleymanlı bu gün Bakı İstintaq Təcridxanasında xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçınla görüşüb.
T. Süleymanlı APA-ya açıqlamasında deyib ki, F. Laçın saxlanılma şəraitindən narazı deyil: «Onun səhhəti normaldır, heç bir problem yoxdur. Sadəcə, bütün olanlara görə peşmandır. Bildiyiniz kimi, Etibar Məmmədovla münasibəti vardı. Ancaq ittihamları qəbul etmir».
Paylaş:
Загрузка...