CƏMİYYƏT

Fədayə Laçının instaqramında «Qoca»nın ölüm xəbəri paylaşıldı və bu sözlər YAZILDI — FOTOLAR

Bir neçə gün qatardan qaçan məhkumlara yardım etdiyi iddiası ilə həbs edilən müğənni Fədayə Laçının instaqramdakı hesabından paylaşım edilib. GoldNews.Az xəbər verir ki, müğənninin şəxsi hesabından

ötən gün axşam saatlarında polisə müqavimət göstərərkən atışma nəticəsində öldürülən sevgilisi, «Qoca» ləqəbli kriminal avtoritetin ölüm xəbəri paylaşılaraq fotonun üzərinə bu sözlər əlavə edilib:

«Allah rəhmət eləsin. Əbədi mənzilin mübarək». 

Bundan sonra izləyicilərdən bəziləri Fədayə Laçının həbsdə olduğu halda, necə paylaşım etdiyinə dair suallar ünvanlayıblar. Suallara cavab verən şəxs isə «hal hazırda profildə dostudur» şərhini yazıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədov gecə baş verən atışmada zərərsizləşdirilib.

Paylaş:
Загрузка...