CƏMİYYƏT

Fədayə Laçının ölüm xəbərini yayan meyxanaçı Zarina DANIŞDI

Həbsdə olan müğənni Fədayə Laçının ölüm xəbərini yayan meyxanaçı Zarina Tağıyeva məsələyə aydınlıq gətirib.

GoldNews.Az xəbər verir ki, meyxanaçı məlumatı paylaşanları qınayıb və şəxsi instagram səhifəsindən bunları yazıb:

«İndi girin baxın, oxuyun, gözünüzü də 4 açın! Ayıb olsun sizə, mənə babal yuduz, sizə sözüm yoxdur, vallah. Mən qərib yerdəyəm, hardan bilirəm axı? Sadəcə baş sağlığı vermək üçün paylaşdım, çünki mənə də yollamışdılar….‼️‼️‼️‼️ Ayıb olsun, bizim bəzi insanlara, AYIB.»

Qeyd edək ki, az öncə sosial şəbəkələrdə müğənni Fədayə Laçının ölüm xəbəri yayılıb.
Məlumatı meyxanaçı Zarina paylaşıb. Xəbərçi.az saytı isə Fədayə Laçının bacısı İlahə Fədaya istinadla, xəbərin yalan olduğunu yazıb. Bu arada F.Laçının guya intihara uğursuz cəhd etməsi də iddia edilib.
Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, «Qoca» ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.
Paylaş:
Загрузка...