CƏMİYYƏT

Fahişəlik edən Azərbaycanlı qadının evinə basqın – BİR NƏFƏR ÖZÜNÜ BİNADAN ATDI — FOTO

Türkiyənin İstanbul şəhərində evində Azərbaycanlı qadını fahişəliyə cəlb edən gənc oğlan özünü binadan atıb.
Unikal.org-un məlumatına görə, qadınların pul qarşılığında insan alverinə məruz qaldığı ilə bağlı məlumat alan İstanbul polisi əməliyyata başlayıb. Eyni anda iki müxtəlif ünvana basqın edən polis əməkdaşları bir neçə şəxsi tutublar.
Polis Azərbaycanlı qadının olduğu evə də basqın edib. Polisi görən İrfan.Ç binanın 2-ci mərtəbəsindən tullanıb. Bu zaman o ayağını və əlini sınıdırıb. Həmin adam qadınları fahişəliyə cəlb edən şəxslərdən biri olduğu üzə çıxıb. Fahişəliyə məcbur edilən Özbəkistan əsilli Umarova M və Azərbaycan vətəndaşı Tamella Ş-nin izahatı alındıqdan sonra Türkiyədən deportasiya ediliblər.
Paylaş:
Загрузка...